Paşinyan Ermənistanda baş nazir postuna namizəd oldu

Ermənistanın "Yolk” müxalifət fraksiyası baş nazir postuna Yerevandakı etiraz hərəkatının başçısı, deputat Nikol Paşiyanın namizədliyini irəli sürüb.
Rubrika.az Oxu.Az-a istinaden xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat yayılıb.
"Yolk” fraksiyası və ona bağlı olan "Sarukyan” bloku hazırda Ermənistan parlamentində 40 mandata malikdir. Hökumət başçısının seçilməsi üçün 53 deputatın səsi tələb olunur.
Rubrika.az
Facebook-da paylaş











