Bakıda avtobusun vurduğu iki qardaşdan biri öldü

Bakıda 16 gün əvvəl avtobusla vurulan şəxs ölüb.
Yanvarın 13-də Xətai rayonunun G.Mehmandarov küçəsində Bakı şəhər sakini Şəbəddin Məsumov 40 saylı marşrut xətti üzrə idarə etdiyi "Daevoo" markalı avtobusla yolu keçən paytaxt sakinləri Maşallah Məmmədovu və qardaşı Namiqi vurmuşdu.
Daxili İşlər Nazirliyinin saytı bildirir ki, o vaxt xəsarət alan N. Məmmədov yanvarın 29-da evində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
rubrika.az
Facebook-da paylaş














