Deputat dolların düşməsi və “qara bazar”ın sirrini açdı: “Müvəqqətidir”

“Mən belə hesab edirəm ki, bu proses müvəqqətidir.Manatın qorunub saxlanılması üçün atılan addımlardır”
Bu sözləri millət vəkili Vahid Əhmədov valyuta bazarında dolların ucuzlaşması və “qara bazar”da satışın dayanması haqda danışarkən bildirib.
Onun sözlərinə görə, birincisi Azərbaycanda iqtisadi islahatlara start verilib və çox ciddi islahatlar həyata keçirilir, real sektorun inkişafı üçün müəyyən qədər zəmin yaranır.
“İkincisi də,Mərkəzi Banka Neft Fondundan manatın qorunub saxlanması üçün təqribən 7,5 milyard manat transfer edilib və müəyyən qədər idxal-ixrac əməliyyatlarında problemlər həll olunur.
Manat hələki həqiqi dəyərini bazarda almayıb. Bu, hardasa 1-2 ay davam edə bilər.Sonradan yenə manatın bahalaşması prosesi gedə bilər”, deyə V.Əhmədov vurğulayıb.
Millət vəkilinin fikrincə, əgər Mərkəzi Bank qərara qəbul etsə manatı qoruyub saxlasın,onda müəyyən qədər vəsait xərcləyəcək: “Amma mən hesab edirəmki, Mərkəzi Bank müəyyən qədər bu prosesdə iştirak edib,daha sonra bazarın ixtiyarına buraxacaq”.
rubrika.az
Facebook-da paylaş
















