Bir qrup məcburi köçkünün kommunal xərclərini dövlət ödəyəcək -Prezidentdən mühüm FƏRMAN

Yataqxana və pansionatlarda məskunlaşan məcburi köçkünlərin kommunal xərclərini dövlət ödəyəcək.
Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda faktiki yaşayan məcburi köçkünlərin istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqlarının ödənilməsini dövlət öz üzərinə götürüb. Dövlət bu funksiyanı həmin məcburi köçkünlər fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək davam etdirəcək.(APA)
Bundan başqa, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün nəzərdə tutulmuş vahid aylıq müavinətin məbləği 2017-ci il 1 fevral tarixdən 20 manat müəyyən edilib.
Rubrika.az
Facebook-da paylaş








