Jurnalistin sualı Trampı əsəbiləşdirdi, konfransı tərk etdi

ABŞ prezidenti Donald Trampla jurnalist arasında gərginlik yaşanıb.
Rubrika.az Axar.az-a istinadla xəbər verir ki, jurnalist mətbuat konfransında Trampa “ABŞ-da bu qədər insan COVİD-19-dan ölərkən, siz dünyada ən çox test edən ölkə olmaqla fəxr edirsiniz. Bu vacibdirmi” sualını ünvanlayıb.
Tramp isə cavabında “Dünyanın hər yerində ölüm halları olur. Bəlkə də bu sualı məndən yox, Çindən soruşmalısınız. Sizə qeyri-adi cavab verə bilərlər”, - deyib.
Cavab jurnalisti qane etmədiyi üçün sualına düzgün cavab verilməsini istəyib.
Bundan sonra Tramp əsəbləşərək konfransı tərk edib.
Rubrika.az
Facebook-da paylaş














