Bakıda gənc yazar Mövlud özünü 17-ci mərtəbədən ataraq intihar edib
![]()
Bakıda 28 yaşlı oğlan özünü binanın 17-ci mərtəbəsindən ataraq intihar edib.
Hadisə Binəqədi rayonunda baş verib.
Belə ki, Süleyman Sani Axundov küçəsi 31/23 ünvanındakı binanın 17-ci mərtəbəsində yerləşən mənzildə kirayə yaşayan 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu özünü eyvandan yerə atıb.
M.Abdullayev hadisə yerində ölüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, intihar edən Abdullayev Mövlud gənc yazar Mövlud Mövluddur.(report)
Onu da bildirək ki, Mövlud 2015-ci ilin may ayında Binəqədədi baş verən və 15 insanın ölümünə səbəb olan yanğının zərərçəkənlərindən biri idi. O zaman onun həyat yoldaşı və körpə övladı ölümün pəncəsindən güc-bəla xilas olmuşdular və gənc ailə böyük maddi ziyana məruz qalmışdı.
İlkin versiya belədir ki, hənc yazarın intiharına səbəb ailədaxili münaqişədir.
Rubrika.az
Facebook-da paylaş











