Yol polisi “Şəmi”nin kobud qayda pozuntusu - Pərdə qalmaqalı
![]()
Bir neçə gün əvvəl əlil gəncə qarşı zorakı hərəkətlər etməklə mətbuatın gündəminə gələn Masallı Yol Polisi Bölməsinin baş inspektoru, kapitan "Şəmi” ləqəbi ilə tanınan Şəmşir Kərimovla bağlı maraqlı məqam ortaya çıxıb.
İşlədiyi ərazidə avtomobillərdə əlavə avadanlıqların quraşdırılması, konstruksiya dəyişikliyinə və pərdə taxılmasına qarşı qəddar davranması ilə seçilən baş inspektor öz şəxsi avtomobillərində məhz bu qanunazidd əməlləri həyata keçirib. Masallı sakinlərinin sözlərinə görə, ona məxsus olan, əsasən oğlunun idarə etdiyi "Niva” markalı avtomobildə konstruksiya dəyişikliyi edilərək ön təkərlər qaldırılıb. Bundan başqa Şəmşir Kərimovun özünün idarə etdiyi (texniki pasportu öz adınadır) 44 BC 999 nömrə nişanlı "Mercedess” markalı avtomobil kustar üsulla quraşdırılmış pərdələrlə sürülür.
Şikayətçilər dediklərini sübut etmək üçün redaksiyamıza video da göndəriblər. Bakı-Ələt şosesində, aprelin 1-i, saat 12:45-də çəkilən videodan görünür ki, avtomobilin arxa qapılarında pərdə var. Videonu göndərən Masallı sakinləri iddia edir ki, həmin vaxt yol polisi Ş.Kərimov sərnişin kimi əyləşib, avtomobili isə onun oğlu idarə edir
Rubrika.az
Facebook-da paylaş






