Bərdənin icra başçısı Vidadi İsayev Əhmədzadənin xidməti maşınını kimə bağışlayıb?

Bərdə rayonun icra hakimi Vidadi İsayevin barəsində “qulaq hər gün bir söz eşitməsə kar olar” misalı yerinə düşür.
Bu günə kimi mətbuatda ayrı-ayrı icra hakimlərinin kuryoz əməllərindən xəbərlər tirajlanıb, amma V.İsayev kimi analoqsuz addımlar atan məmur olmayıb.
Bərdənin ica başçısı “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yerli şöbəsinin xidməti maşınını ələ keçirib.
Bərdə Rayon Suvarma Sistemlər İdarəsinə məxsus olan 09 AA 114 dövlət nömrə nişanlı “Hundai ix 35” markalı avtomobil V.İsayevin idarəçiliyindədir.
Bərdə Rayon Suvarma Sistemlər İdarəsinin sabiq rəisi Namiq Əhmədov xidməti avtomobili V.İsayevə vermək məcburiyyətində qalıb.
İddialara görə, icra başçısı idarə rəhbərindən tələb edib ki, həmin maşını Yevlaxa aparsın.(ulus)
Mənbənin dediyinə görə, xidməti avtomobil V.İsayevin xanımına təqdim olunub. İcra başçısının həyat yoldaşı Yevlax Rayon Arxi İdarəsinin direktoru vəzifəsində çalışır və N.Əhmədovun həmin maşını onun ixtiyarına verdiyi bildirilir.
İddialara görə, icra başçısı ASC-yə məxsus xidməti maşını xanımına bağışlayıb və hətta oğlu Yevlaxda vaxtaşırı bu maşınla “avtoş”luq da edir.
Bu məlumat Bərdə rayonuda dillərdə dolaşır. Yerli sakinlər V.İsayevin əməlini müzakirə edirlər.
N.Əhmədovun isə onun təlimatını yerinə yetirməsinin səbəbi kimi sərbəst fəaliyyət göstərə bilməsi qeyd olunur.
Əhmədzadənin kadrı rayonda icra başçısının onu gözümçıxdıya salmadan işləyə bilməsi üçün əmrinə boyun əyib.
Bu hadisə Azərbaycanda ilkdir və heç bir icra başçısı başqa dövlət qurumuna məxsus xidməti maşını ələ keçirməmişdi.
V.İsayev isə ictimai qınağa məhəl qoymadan, qanunları saymadan belə bir işə qol qoyub. İndiyə qədər nə bir nazir, nə komitə rəhbəri xidməti maşın “oğurlayıb”.
Ancaq Bərdə rayon rəhbərinin fəaliyyəti təkcə bu deyil, həm də şəhid ailələrinə, məcburi köçkünlərə qarşı biganəlik, onları qapıdan qovmaq, şikayətlərini dinləməməkdir. Sonuncu dəfə şəhid xanımı Yasəmən İsmayılovanı qeyd etmək olar.
Rubrika.Az
Facebook-da paylaş












