Bakıda qeyri-adi oğurluq - 5 min manatlıq saqqızı apardılar

Bakıda məşhur saqqız firması olan "Dirol”un avtomobilindən oğurluq olub
Rubrika.Az-ın Report-a istinadən xəbərinə görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, "Dirol” şirkətinin sürücüsü Eldar Əhmədovun idarə etdiyi "İsuzu” markalı maşından dəyəri 5 min manat olan saqqız oğurlanıb.
Polis faktla bağlı araşdırma aparır.
RUBRİKA.AZ
Facebook-da paylaş















