İranda “Yaşıl hərəkat” liderləri Ruhanini dəstəklədi

İrandakı “Yaşıl hərəkat”ın 6 ildən çoxdur ev dustaqlığında saxlanılan lideri Mirhüseyn Musəvi və xanımı Zəhra Rəhnəvərd cümə günü ölkədə keçiriləcək prezident seçkilərində islahatçıların dəstəklədiyi Həsən Ruhaniyə səs verəcəklərini açıqlayıblar.
Bu barədə Mirhüseyn Musəviyə və islahatçılara yaxın “Kaleme” (Kələmə) saytı məlumat yayıb.
Bildirilir ki, Musəvi və xanımı bir neçə gün əvvəl övladları ilə keçirilən həftəlik görüşdə prezident seçkilərində iştirak edəcəklərini, Həsən Ruhaniyə səs verəcəklərini bildiriblər.
“Yaşıl hərəkat”ın 6 ildən çoxdur ev dustaqlığında saxlanılan digər lideri Mehdi Kərrubi də bir neçə gün əvvəl prezident seçkilərində Ruhanini dəstəkləyəcəyini bildirmişdi.
Rubrika.Az
Facebook-da paylaş






