Düşmən yenə hiyləyə əl atır - Ermənilərin növbəti Şuşa hiyləsi

Şuşanın “meri” Artsvik Sərkisyan deyib ki, ildən ilə Şuşanın əhalisi artır
Düşmən yenə hiyləyə əl atır.
Onun sözlərinə görə, Şuşaya köçmək istəyənlərin sayı artır: “Elə evlər var ki, sahibləri yoxdur. Bu evləri Şuşaya köçmək istəyənlərə təqdim edə bilərik”.
“Merin” sözlərinə görə Şuşada yeni evlərin tikilməsinə də diqqət ayırırlar.
Bu da separatçıların növbəti təxribatıdır. Əlbəttə, şişirtmə çoxdur, çünki elə bu günlərdə internetdə Şuşa şəhərinin görüntüləri yayılmışdı.
Küçələr boş idi, insan gözə dəymirdi. Ancaq bu bizi rahatlatmamalıdır. Ermənistan hakimiyyəti Şuşanı özününküləşdirməyə və ora köçü təşviq etməyə çalışır.
“Merin” “sahibsiz” dediyi evlər isə azərbaycanlılara məxsusdur, pulsuz ermənilərə paylamaq istəyirlər. Xocalı hava limanını işə salırlar, Şuşa və Kəlbəcəri məskunlaşdırırlar, ardı nə olacaq?
Neçə illik mənasız danışıqlardan sonra gəldiyimiz qənaət budur ki, düşmənə zor tətbiq etmədən münaqişəni həll etmək çətin olacaq.
Təəssüf ki, erməni separatçıları arabanı atlardan irəli qoymaq istəyirlər. Ona görə də həll alınmır. İlk növbədə deyirlər ki, status müəyyənləşməlidir, sonra guya Qarabağ ətrafındakı rayonları azad edə bilərlər.
Bu da faktiki Dağlıq Qarabağın müstəqilliyinə yol açır. Bu səbəbdən münaqişə həll olunmur. Minsk qrupunun fəaliyyəti isə göz qabağındadır: nala, mıxa vurur.
Buna baxmayaraq AŞPA Minsk qrupundan yaxşı mənada fərqlənə bilər. Çünki AŞPA-da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bir neçə qətnamə qəbul olunub.
Həmin təkliflər içərisində qətnamə hazırlanacaqsa, AŞPA fəaliyyətini gücləndirəcəksə, bu, bizə müəyyən mənada xeyirli ola bilər. Hətta Avropa İttifaqının (Aİ) da məsələyə qoşulması bizim xeyrimizədir.
Avropa Parlamenti də bir neçə dəfə Qarabağla bağlı qətnamə qəbul edib və birmənalı olaraq işğalı pisləyib.
Hətta Rusiyaya da işarə edib ki, bu işğalda Rusiyanın əli var. Həm AŞPA-nın, həm də Avropa Parlamentinin münaqişənin həllində təşəbbüskar olması Azərbaycanın xeyrinədir.
Amma bu o demək deyil ki, münaqişənin həllini sürətləndirəcək. Danışıqlar çox, açıqlamalar çox, münaqişə isə həll olunmur.
Yəni bu neçə illik mənasız danışıqlardan sonra gəldiyimiz qənaət budur ki, düşmənə zor tətbiq etmədən münaqişəni həll etmək çətin olacaq.
Rubrika.Az
Facebook-da paylaş











