Bakıda enerji içkisi şirkətinin rəhbərliyinə qarşı 41 min manatlıq dələduzluq edilib

Bakıda enerji içkisi şirkətinin rəhbərliyinə qarşı dələduzluq edilib.
Rubrika.az-ın “Report”a istinadən xəbərinə görə, “Berg Energy” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbərliyi hüquq-mühafizə orqanlarına müraciət edərək şikayət ediblər ki, bu ilin yanvar-may ayları arasında şirkətin ekspeditorları E.Əliyev 21 min manatlıq və R.Maqsudov isə 20 min manatlıq (ümumilikdə 41 min manatlıq) enerji içkisini sataraq pulunu məsimsəyiblər.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş









