Modriç ən yaxşı oyunçu seçildi - ardıcıl 5-ci dəfə

Xorvatiya millisinin və "Real"ın futbolçusu Luka Modriç ölkəsinin ən yaxşı oyunçusu seçilib.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, Xorvatiya liqasının məşqçiləri və oyunçuları arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, bu mükafata sahib çıxıb.
Bununla da Modriç ardıcıl 5-ci dəfə ölkəsinin ən yaxşı oyunçusu seçilib.
Qeyd edək ki, Modriç "Real"la son mövsüm La Liqanı və Çempionlar Liqasının kubokunu qazanıb.
Rubrika.Az
Facebook-da paylaş











