ABŞ-dan Zəhranın qətli ilə bağlı - Bəyanat
![]()
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi ilə bağlı xüsusi bəyanatlıa çıxış edib.
Rubrika.az Virtualaz.org-a istinadən xəbər verir ki, həmin bəyanatda deyilir: “ABŞ narahatdır ki, çərşənbə axşamı günü Dağlıq Qarabağda atəşkəs yenidən pozulub. Bu, dinc əhali arasında, o cümlədən 2 yaşlı uşağın ölümünə gətirib çıxarıb.
Biz ölənlərin ailələrinə başsağlığı veririk. Həmçinin tərəfləri atəşi dayandırmağa və danışıqlar masasının arxasına keçməyə çağırırıq. Bu münaqişə beynəlxalq hüquq çərçivəsində həll edilməlidir”, - Dövlət Departamentinin nümayəndəsi deyib.
Rubrika.Az
Facebook-da paylaş










