Yol polisi ilə sürücü arasında insident: "Sillə atdın mənə?" - VİDEO
![]()
İsmayıllı-Qəbələ yolunda Dövlət Yol Polisinin əməkdaşı ilə sürücü arasında mübahisə düşüb.
Rubrika.az Milli.Az-a istinadən xəbər verir ki, baku.ws-in redaksiyasına göndərilən videodan görünür ki, Yol Polis Xidmətinin əməkdaşı sürücü çəkiliş apararkən kamerasına vurub.
Məlumata görə, sürücü iddia edir ki, YPX-in əməkdaşı onları düz yolda ötmə əməliyyatı etdiklərinə görə saxlayıb. Onlar inspektordan qayda pozduqlarını sübut etməsini istəyiblər.
Sürücünün sənədlərini polisə verməməsi inspektoru əsəbiləşdirib. O, çəkiliş zamanı kameranı vurub.
[media=https://vk.com/video210129428_456239830]
Rubrika.Az
Facebook-da paylaş













