Tramp Koreyanı hədələdi: "Tab gətirə bilməyəcəksiniz"

ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının xarici işlər nazirinin BMT-nin Baş Assamleyasının tribunasından ona ruhi xəstə deməsinə reaksiya bildirib.
Rubrika.Az Lent.az-a istinadən xəbər verir ki, Tramp qarşı tərəfə tvitterdən cavab verib və sosial şəbəkədə bu sözləri yazıb: "Koreyalı nazirinn BMT-dəki çıxışını indi eşitdim. Əgər o kiçik "raket-adam"ın fikirlərini təkrarlamaqda davam etsə, onlar çox davam gətirməyəcək".
Qeyd edək ki, son vaxtlar KXDR ilə bağlı gərginlik daha da artıb.
Rubrika.Az
Facebook-da paylaş











