İranın dini liderindən xəbərdarlıq — "ABŞ-a güvənməyin"
![]()
İranın dini lideri Əli Xamanei yeni açıqlama verib.
Rubrika.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, dini lider İraqın baş naziri Heydər əl-İbadini terrorla mübarizə məsələsində ABŞ-a etibar etməmək mövzusunda xəbərdar edib. Xamanei bildirib ki, terrora qarşı mübarizədə birlk və bərabərlik ən böyük gücdür.
Xamanei İranda səfərdə olan İbadi ilə görüşüb. Dini lider İbadini İŞİD-ə qarşı mübarizəsinə görə təbrik edib: "Birlik terrorçular və onları dəstəkləyənlərə qarşı aparılan mübarizədə ən effektli üsuldur. Sizə gələcəkdə mütləq zərər verəcək olan ABŞ-a güvənməyin".
Rubrika.Az
Facebook-da paylaş












