ABŞ Konqresi vergi islahatına dair qanun layihəsini qəbul edib
ABŞ Konqresinin hər iki palatası sahibkarlıq və fiziki şəxslər üçün vergi dərəcəsinin azaldılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
Rubrika.az APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, qanun layihəsinin qüvvəyə minməsi üçün sənədi prezident Donald Tramp imzalamalıdır.
Qeyd olunan dəyişiklik ABŞ-da son 30 ildə ən irimiqyaslı vergi islahatıdır. Belə ki, şirkətlər üçün hazırda 35% təşkil edən vergi dərəcəsi 2018-ci ildən etibarən 21%-ə endiriləcək.
Rubrika.az
Facebook-da paylaş













