Türk qırıcıları İraqın şimalında PKK terrorçularını bombaladı
![]()
Türkiyə hərbçiləri İraqın şimalında PKK terror təşkilatına qarşı əməliyyat keçirib.
Rubrika.az Olke.az-a istinadən xəbər verir ki, əməliyyat Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən keçirilib. Türkiyə qırıcıları terrorçuların gizləndiyi əraziləri bombalayıb. Bombardıman zamanı 4 terrorçu məhv edilib.
Keçirilən əməliyyat zamanı 3 türk əsgəri də yaralanıb. Yaralılar hərbi hospitala yerləşdiriliblər.
Rubrika.az
Facebook-da paylaş
















