Rəsmi Ankaradan Tehrana xəbərdarlıq: "Böhran, xaos və savaş bütün bölgəyə zərər verəcək"
![]()
Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ İranda yaşanan olaylar haqqında şərh verib
O, "Twitter" hesabında Türkiyəni İranda baş verənəri yaxından izlədiyini deyib. Əlavə edib ki, Ankara İranda sabitlik, sülh və barışı çox vacib sayır: "Bu, İran və xalqı, bölgəmiz üçün çox önəmlidir. İranda meydana gələcək və ya gətiriləcək böhran, xaos və savaş İrana, iranlılara və bölgəyə zərər verəcək".
Bozdağ qeyd edib ki, İran iqtidarı və xalqı bütün tələlərə hazır və diqqətli olmalıdır.
Rubrika.Az
Facebook-da paylaş












