Yasamalda mənzildə qadın meyiti tapıldı
![]()
Bakı şəhərinin Yasamal rayonunda mənzildə qadın meyiti tapılıb. Rubrika.az Modern.az-a istinaden xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1933-cü il təvəllüdlü Abdinyoviç Mariya Georginskayanın meyitini aidiyyəti üzrə təhvil veriblər.
Rubrika.az
Facebook-da paylaş
















