İran Xəzərdə hərbi gəmisinin qəzaya düşməsinin səbəbini açıqlayıb — FOTO
![]()
İran hökuməti Xəzərdə hərbi gəmisinin qəzaya düşməsinin səbəbini açıqlayıb
Rubrika.az “Ölkə.Az”-a istinaden xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Verilən məlumata görə, İran Hərbi-Dəniz Qüvvələrinə məxsus “Damavand” gəmisinin Bəndər Ənzəli limanında inşa edilmiş hüdudlayıcı dalğaqırana çırpılmasına səbəb texniki nasazlıq olub.
İranın limanlar və gəmiçilik idarəsinin sədri Hadı Haqşenas agentlə açıqlamasında bildirib ki, qayığın aşması nəticəsində ekipajın 2 üzvü xəsarət alıb.
Qeyd edək ki, bundan əvvəl gəminin qəzaya düşməsinə səbəb qeyri-sabit hava şəraiti olduğu bildirilmişdi.
Rubrika.az
Facebook-da paylaş















