Müğənnidən şəhid hərbçilərlə bağlı duyğusal paylaşım

Məşhur türkiyəli müğənni Sıla “Zeytun budağı” əməliyyatında şəhid olan hərbçilərlə bağlı Tvitter hesabında paylaşım edib.
Rubrika.az Kult.az-a istinaden xəbər verir ki, müğənni ölənlərə Allahdan rəhmət, ailələrinə isə başsağlığı arzu edib.
“Günlər çətin keçir. Afrində şəhidlərimizə Allahdan rəhmət, ailələrinə isə başsağlığı diləyirəm. Bölgədə olan “məhməd”ciklərin sağ-salamat vətənə qayıtması üçün dua edirəm”, - Sıla bildirib.
Qeyd edək ki, “Zeytun budağı” əməliyyatında 3 türk hərbçisi şəhid olub.
Rubrika.az
Facebook-da paylaş














