Salyanda 71 yaşlı qadın yanaraq ölüb

Bu gün Salyan rayonunun Xocalı kəndində yanğın hadisəsi baş verib.
Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, 1947-cı ildə anadan olmuş kənd sakini İsmayılova Ceyran Nəzər qızının tənha yaşadığı evdə yanğın hadisəsi baş verib.Hadisə nəticəsində Ceyran İsmayılova yanaraq ölüb.Hadisənin neft qızdırıcısı ilə ehtiyatsız davranma ucbatından baş verdiyi ehtimal edilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Rubrika.az
Facebook-da paylaş








