Bakıda güclü yanğın – VİDEO

Yasamal rayonunda mağazada yanğın baş verib. Belə ki, yanğın İncəsənət Universitetinin arxa tərəfində, Həmid Soltanov küçəsində yerləşən meyvə dükanında baş verib.
FHN-dən Minval.İnfo-ya verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.
İlkin məlumata görə, yanğın zamanı ölən və xəsarət alan olmayıb.
Hazırda yanğınsöndürənlər alovun lokallaşdırılması ilə məşğuldular.
Rubrika.az
Facebook-da paylaş













