45 yaşlı qadın evində ölü tapıldı
![]()
Hadisə Qaradağ rayonunda qeydə alınıb.
Rubrika.Az-ın “Ölkə.Az”-a istinadən xəbərinə görə, Müşfiq qəsəbəsində yaşayan 1973-cü il təvəllüdlü Şuklikova Lyudmila yaşadığı mənzilində ölü tapılıb. Bu barədə polisə ilkin olaraq qonşular məlumat veriblər.
Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələr aparıblar. Qadının hansı səbəbdən dünyasını dəyişməsi təyin olunan məhkəmə tibbi ekspertizasının rəyindən sonra məlum olacaq.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda araşdırmalara başlayıblar.
Rubrika.Az
Facebook-da paylaş















