Daha bir ölkə Cənub Qaz Dəhlizinə qoşulur
![]()
Cənub Qaz Dəhlizi işlər əvvəlcədən proqnozlaşdırıldığı kimi gedir.
Rubrika.az Axar.az-a istinaden xəbər verir ki, bunu Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsi strateji əhəmiyyətə malikdir və bu layihə Avropanın enerji təhlükəsizliyini təmin edəcək layihələrdən biri olacaq:
“Avropanın bu sahədə starategiyası həyata keçirilməyə başlayandan bəri Cənubi Avropa ölkələrinin də bu layihələrə qoşulması üçün işlər aparılır. Biz çox məmnunuq ki, Bolqarıstan və Rumıniya interkollektorlar vasitəsilə bu layihəyə qoşulmağa qərar verib. Bu layihəyə veriləcək maliyə dəstəklərinə gəldikdə Avropa maliyə strukturları bu istiqamətdə işlər aparır".
Vitse-prezident qeyd edib ki, TANAP layihəsinə ötən il Avropa Yenidənqurma Bankı tərəfindən 500 milyon, Transadriatik layihəsinə isə 1.5 milyard avro kredit ayrılıb: "Bu isə Avropa İttifaqının bu cür layihələrə marağının artdığını göstərir".
Şefçoviç Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşula biləcəyini vurğulayıb.
Onun sözlərinə görə, Türkmənistan rəhbərliyi ilə müntəzəm olaraq görüşlər keçirilir:
"Biz hazırda Türkmənistan qaz ehtiyatlarının Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Avropaya çatdırılmasını müzakirə edirik. Bu gün türkmən qazının Avropaya çatırılmasında marağı görürük. Bu istiqamətdə Azərbaycan tərəfinin göstərdiyi səyləri də alqışlayırıq".
Rubrika.az
Facebook-da paylaş













