Ermənistan-Rusiya birləşmiş qoşununun komandanı Tiqran Parvanyan oldu

Gerenal-mayor Tiqran Parvanyan Ermənistan-Rusiya Birləşmiş Qoşun Qrupunun komandanı təyin olunub.
Virtualaz.org news.am-a istinadən bildirir ki, bu barədə ölkə prezidenti Serj Sarkisyan fərman imzalayıb.
Bildirilir ki, T.Parvanyan bundan əvvəl Ermənistan Silahlı Qüvvələri Birinci Ordu Korpusunun komandanı olub.
Məlumatda o da qeyd olunur ki, dünən onun yerinə polkovnik Ararat Melkumyan Ermənistan Silahlı Qüvvələri Birinci Ordu Korpusunun komandanı təyin olunub.
Rubrika.az
Facebook-da paylaş













