İndoneziyada dəhşətli zəlzələ və sunami: 1203 ölü - Şok görüntü
![]()
İndoneziyanın Sulavesi adası yaxınlığında 7.7 bal gücündə zəlzələ baş verib.
Rubrika.Az Axar.az-a istinadla xəbər verir ki, İndoneziyadan keçən Alov qövsü ötən gecədən etibarən aktivləşib. Səhər saatlarında bölgədə 6.1 bal gücündə baş verən zəlzələdən sonra 4.5-5.5 bal arası bir neçə təkan qeydə alınıb.
Baş verən zəlzələr zamanı 1 nəfər dünyasını dəyişib,10 nəfər isə yaralanıb.
Sunami xəbərdarlığı edilib.
***
Dəhşətli zəlzələdən sonra sunami baş verib.
Yayımlanan videoda nəhəng sunami dalğasının şəhərə daxil olması əks olunur.
***
İndoneziyada ardıcıl güclü zəlzələlər və sunami nəticəsində ölənlərin sayı 384 nəfərə çatıb, 350 nəfər isə yaralanıb.
***
İndoneziyanın Sulavesi adasında zəlzələ və sunami nəticəsində həlak olanların sayı 405 nəfərə çatıb.
***
İndoneziyada baş vermiş güclü zəlzələ zamanı ölənlərin sayı 420 nəfərə çatıb.
***
İndoneziyada baş vermiş dəhşətli zəlzələ zamanı ölənlərin sayı 832 nəfərə çatıb.
***
Son məlumatlara görə, zəlzələ nəticəsində ölənlərin sayı 1203-ə çatıb.
Rubrika.Az
Facebook-da paylaş














