Mingəçevirdə gənc oğlan sirkə turşusundan zəhərlənib

Mingəçevir sakini zəhərlənib.
"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Samux küçəsi yaxınlığındakı yaşayış massivində baş verib.
Belə ki, 2000-ci il təvəllüdlü şəhər sakini Yunis Əflatun oğlu Qubadzadə sirkə turşusu içərək zəhərlənib. O, xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, hadisə yanlışlıq səbəbindən baş verib.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş










