İsrail parlamentinin sədri istefa verdi
![]()
İsrail parlamentinin sədri, “Kaxol Lavan” blokunun rəhbəri Beni Qans vəzifədən istefa verib.
Rubrika.Az-ın xəbərinə görə, məlumatı “Newsru” yayıb.
Bu qərar İsrailin 35-ci hökumətinin andiçməsi ərəfəsində qəbul olunub.
Məlumata görə, hökumət mayın 17-də and içəcək.
Xatırladaq ki, İsrail Nazirlər Kabinetinin andiçmə mərasimi mayın 13-nə planlaşdırılmışdı. ABŞ-ın dövlət katibi Maykl Pompeonun İsrailə səfəri ilə əlaqədar bu tədbirin keçirilməsi mayın 14-ünə dəyişdirilmişdi.
Rubrika.Az
Facebook-da paylaş














