Meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqları artırılıb

Prezident İlham Əliyev meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.
Rubrika.az APA.az-a istinadən xəbər verir ki, dövlət büdcəsindən maliyyələşdirilən meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.
Rubrika.az
Facebook-da paylaş















