Bakıda qadının ölümünə səbəb olan sürücüyə hökm oxundu
![]()
Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Hakim Saatovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Rubrika.Az “Ölkə.Az”a istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Hakim Saatov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, paytaxtın Yasamal rayonu ərazisində 1977-ci il təvəllüdlü Hakim Saatov 39 saylı marşrut üzrə idarə etdiyi “Daewoo” markalı 99-XV-274 dövlət nömrə nişanlı avtobusla Bakı şəhəri, A. Şərifzadə küçəsində yolun kənarında dayanmış piyada Günel Əskərovanı vurub.
Nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Rubrika.Az
Facebook-da paylaş













