Efiopiyada mitinq zamanı partlayış - Baş nazir ərazidən uzaqlaşdırıldı

Efiopiyanın paytaxtı Əddis-Əbəbədə hökumətin təşkil etdiyi çoxminli mitinq zamanı partlayış baş verib.
Rubrika.az Trend-e istinaden məlumatına görə, yeni seçilmiş Baş nazir Abiya Əhməd partlayışdan diksinərək bir müddət özünə gələ bilməyib.
Mühafizəçilərin köməyilə o, Meskel meydanından uzaqlaşdırılıb.
Hadisə nəticəsində 80 nəfərin xəsarət aldığı deyilir
Rubrika.az
Facebook-da paylaş














