Bakıda 14 yaşlı qız yoxa çıxdı: Anası axtarır
![]()
Bakıda yeniyetmə qız itkin düşüb.
Sabunçu rayonu Zabrat qəsəbəsi, R.Göyüşov küçəsində yaşayan 14 yaşlı Əliyeva Aydan Elçin qızı mayın 24-ü saat 14 radələrində yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Bu barədə onun anası Y.Mirvelişyeva Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciətində bildirib.
A.Əliyevanın tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.(lent.az)
Rubrika.Az
Facebook-da paylaş











