Türkiyədə partlayış baş verib
Türkiyənin Şanlıurfa vilayətində baş vermiş partlayış nəticəsində ölənlərin sayı iki nəfərə çatıb, 18 nəfər isə xəsarət alıb.
Bu barədə “Milliyət” qəzeti xəbər verib.
* * *23:08
Türkiyənin cənubunda, Şanlıurfa vilayətinin Viranşehir rayonunda partlayış baş verib. Partlayış hakim və vəkillərin ofislərinin yaxınlığında qeydə alınıb.
Şanlıurfa valisi Güngör Azim Tuna hadisə nəticəsində 3 yaşlı uşağın öldüyünü, 15 nəfərin yaralandığını bildirib..
Əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Rubrika.az
Facebook-da paylaş












