Rusiyada fövqəladə vəziyyət elan edildi - SƏBƏB?

Rusiyanın Kabarda-Balkar respublikasında çayların daşma təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Rubrika.az Trend-e istinaden məlumatına görə, bölgədə yağan aramsız yağış nəticəsində Baksan çayının hövzədən çıxması təhlükəsi mövcuddur.
Bildirilir ki, daşan sel suları Elbrus dağlarının ətəklərində isə federal yolların 12 sahəsini, eləcə də 2 körpünü dağıdıb.
Qeyd olunur ki, fövqəladə vəziyyət bütün respublika ərazisində iyulun 5-dən başlayaraq qeyri-müəyyən müddətə elan olunub.
Rubrika.az
Facebook-da paylaş










