Türkiyə prezidenti: "15 iyul gecəsi dastan yazan şəhidlərimizi unutmayacağıq"

15 iyul hadisələrinin il dönümündə Türkiyə prezidenti "Şəhidlər Körpüsü"nə gələrək çıxış edib.
Rubrika.az musavat.com-a istinadla xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan "Fetöcü alçaqlar qarşısında qanları ilə dastan yazan bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onları heç bir zaman unutmayacağıq" sözlərini deyib.
Qeyd edək ki,Türkiyədə 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinin qarşısının alınmasının ikinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Rubrika.az
Facebook-da paylaş








