Neft ölkələri üçün GÖZLƏNİLMƏZ GEDİŞ: Ehtiyatlar bazara çıxarılsa...
![]()
ABŞ-ın neft-qaz şirkətləri Rusiyaya tətbiq edilən sanksiyalara qarşı çıxıb.
Rubrika.az xarici mətbuata istinadən bildirir ki, şirkət rəsmiləri senatorları Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsidən vaz keçirməyə çalışır.
"Reuters" bu barədə Senatdakı mənbəyinə istinadən yazıb. Agentliyə açıqlamasında bununla bağlı narahatlığını Rusiya-Amerika Ticarət Palatası da ifadə edib. Palatanın üzvləri isə əsasən “ExxonMobil”, “Shell” və “Chevron” şirkətidir. Ancaq konkert olaraq lobbiçilərin məhz hansı şirkətin maraqlarından çıxış etdiyi açıqlanmır.
"The Wall Street Journal"ın məlumatına görə, Ağ Ev neft ehtiyatlarının bir hissəsini bazara çıxarmaq üzərində düşünür. Bu, neft bazarında qiymətləri sürətlə aşağı sala bilər.
Rubrika.az
Facebook-da paylaş













