Ruhani Trampa xəbərdarlıq edib: Şirin quyruğu ilə oynama
![]()
İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampa “Odla oynamamağı” məsləhət görüb.
Rubrika.Az Oxu.Az-a istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampa ölkəsinə qarşı düşmənçilik siyasətini davam etdirməkdən çəkinməyə çağırıb.
H.Ruhani bildirib ki, İranla müharibə “bütün müharibələrin anasıdır”:
“Cənab Tramp, şirin quyruğu ilə oynamayın, yoxsa buna peşman olacaqsınız. Təhdidlər İran xalqını daha da bir edir. Biz istənilən halda ABŞ-ın planlarını alt-üst edəcəyik”.
Rubrika.Az
Facebook-da paylaş












