Nigardan rus oliqarxla bağlı açıqlama: 250 minlik maşın, yaxta səyahəti… - VİDEO

“Eurovision-2011”in qalibi Nigar Camal şəxsi həyatı ilə bağlı gündəmə gəlib. Hazırda Moskvada istirahət edən müğənninin adı məşhur rus oliqarxla hallanır. Belə ki, Nigarın sosial şəbəkədə yayılan videosunda o oliqarxın dəvəti ilə Moskvaya getdiyini və onun yaxtasında dincəldiyini deyir.
Bundan əlavə ifaçının 250 min dollarlıq avtomobillə çəkilən fotosu da söz-söhbətlərə səbəb olub. Sözügedən fotodakı avtomobilin oliqarx tərəfindən Nigara hədiyyə edildiyi iddia edilir.
Rus milyarderin adı çəkilməsə də, onun Camalla sevgili olduğu deyilir. İfaçının bahalı məkanlarda çəkdirdiyi fotolar da diqqət çəkir. Bəs, gizli saxlanılan oliqarxla Nigarı nələr bağlayır?
Rubrika.az xeber verir ki, Musavat.com məsələ ilə bağlı ifaçının fikirlərini öyrənib. Nigar oliqarxla sevgili olmasını inkar edib: “Hazırda istirahət edirəm. Bu mövzu ilə bağlı heç nə deyə bilmərəm. Çünki boş şayiələrə verəcək cavabım yoxdur”.![]()
![]()
Rubrika.az
Facebook-da paylaş












