Bakı və Moskva arasında məsləhətləşmələr keçirilir - YENİLƏNİB
![]()
Rusiya Bakı və Yerevan arasında Qarabağla bağlı əlaqələri alqışlayır.
Rubrika.Az oxu.az-a istinadla xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndələri ilə siyasi məsləhətləşmələrin nəticələri barədə danışarkən deyib.
“Dəvət üçün azərbaycanlı həmkarımıza təşəkkür etmək istəyirəm, bizim ənənəvi əməkdaşlığımız var. Biz müxtəlif məsələlər üzrə fikir mübadiləsi apardıq. Bu gördüyümüz işləri inventarlaşdırmaq üçün əla fürsətdir.
Görüşləri intensiv şəkildə aparmaq barədə razılığa gəldik, beynəlxalq miqyasda beynəlxalq əməkdaşlığın konturlarını müəyyənləşdirdik”, - Zaxarova Bakıdakı brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya vasitəçi ölkə kimi Dağlıq Qarabağ münaqişəsinin həllində özünü səmərəli və konstruktiv göstərib.
“Rusiya mövzunu çox yaxşı bilir və anlayır. Münaqişənin həlli ilə bağlı görüşlər müxtəlif səviyyələrdə keçirilir. Biz Bakı və Yerevan arasında konstruktiv keçən və iki tərəfi də razı salan görüşləri alqışlayırıq”, - o qeyd edib.
10:52
Bakıda Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr keçirilir.
Məsləhətləşmələrdə iştirak edən Rusiya nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, Azərbaycan nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev rəhbərlik edir.
Rubrika.Az
Facebook-da paylaş








