Qusarda yol qəzası - Ölən və yaralananlar var

Qusarda yol qəzası baş verib.
Rubrika.az xeber verir ki, Daxili İşlər Nazirliyindən (DİN) musavat.com-a verilən məlumata görə, Avqustun 2-də saat 8 radələrində Qusar rayonunun Xuray kəndi ərazisində kənd sakini Novruz Babayev idarə etdiyi “Opel” markalı avtomobili yolun kənarındakı ağaca vurub.
Nəticədə sürücü hadisə yerində ölüb, 3 sərnişini xəstəxanaya yerləşdirilib.
Qusar RPŞ tərəfindən araşdırma aparılır
Rubrika.az
Facebook-da paylaş








