Ermənilər meyit axtarır
![]()
Müəyyən fasilədən sonra ermənilər yenidən döyüş meydanında meyitlərini axtarmağa başlayıblar. Ancaq məlumata görə, Qarabağın cənub bölgəsində aparılan axtarışlar nəticəsiz başa çatıb.
Bu istiqamətdə meyitlər və ya qalıqları aşkarlanmayıb. 4 martda üç axtarış-əməliyyat qrupu Cəbrayıl və Hadrut ərazilərində, həmçinin Zəngilan rayonunun cənubunda axtarlışlar aparıb.
Məlumata görə, sonuncu dəfə erməni meyitinin qalıqları martın 2-də, Ağdərə ərazisində aşkarlanıb. Meyit qalıqları hərbi hissələrdən birinin yaxınlığından tapılıb.
Son məlumata görə, indiyədək 1486 meyit taplıb
Rubrika.Az
Facebook-da paylaş














