Soçidə dəhşətli faciə baş verib
![]()
Soçinin Lazarevski kurortunda dəhşətli hadisə baş verib.
Rubrika.az Oxu.Az-a istinadla xəbər verir ki, daşqın zamanı lyuka düşən nəvəsinin ardınca nənə də özünü suya atıb.
Baş verən faciəni əks etdirən videokadrlar sosial şəbəkələrdə yayılıb.
Səki ilə getdikləri zaman uşaq açıq lyuka yıxılıb. Qadın yaxınlıqdakı insanlardan yardım istəsə də, ona heç kim kömək etməyib. O zaman qadın özü nəvəsinin ardınca lyuka atlanıb.
Sular uşağı Qara dənizə aparıb, artıq onun cəsədi tapılıb. Qadının taleyi haqqında məlumat verilmir. Lakin onun sağ qalmaq şansları çox azdır.
Rubrika.az
Facebook-da paylaş












