Trampın məktubu Putinə çatdırıldı - YENİLƏNİB
![]()
ABŞ prezidenti Donald Tramp senator Rend Polun xahişi ilə ona Rusiya lideri Vladimir Putin üçün zəmanət məktubu verib.
Rubrika.az Oxu.Az-a istinaden xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Hoqan Qidli, Polun Moskvaya Trampın məktubunu çatdırılmasına dair səsləndirdiyi bəyanatını şərh edərkən deyib.
“Prezident məktubunda senator Polun prezident Putinlə müzakirə etmək istədiyi mövzulara toxunub”, - Hoqan Qidli deyib.
Rusiyanın mətbuat katibi Valdimir Peskov sənədin Rusiya tərəfinə ötürüldüyünü, lakin Kremldə onunla hələ tanış olmadıqlarını bildirib.
19.38
Moskvada rəsmi səfərdə olan senator Rend Pol Rusiya prezidenti Vladimir Putinin administrasiyasına Amerika lideri Donald Trampın məktubunu çatdırdığını bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə senator “”Twitter” səhifəsində yazıb.
“Məktubda müxtəlif sahələr üzrə əməkdaşlığın davam etdirilməsinin zəruriliyi vurğulanır”, - Pol qeyd edib.
Onun sözlərinə görə, terrorizmlə mübarizə, qanunverici dialoqun fəallaşması və mədəni mübadilənin bərpası bu sahələr sırasındadır.
Rubrika.az
Facebook-da paylaş













