Əfqanıstanla sərhəddə atışma olub, pakistanlı sərhədçi ölüb
![]()
Əfqanıstanla sərhəddəki “Spin-Boldak-Çaman” keçid məntəqəsi ərazisində baş verən atışma nəticəsində Pakistan Sərhəd Korpusunun bir əsgəri həlak olub, daha ikisi yaralanıb.
Rubrika.Az xəbər verir ki, Əfqanıstan təhlükəsizlik qüvvələrinin nəzarət-buraxılış məntəqəsində vəzifəsini yerinə yetirən pakistanlı sərhədçilərə atəş açdığı iddia edilir. Əfqanıstan tərəfinin itkiləri barədə məlumat verilmir.
Pakistan hakimiyyəti nəzarət-buraxılış məntəqəsinin işini dayandırıb və Əfqanıstanın hadisəni törədənləri ekstradisiya etməsinə qədər onu bərpa etməyi planlaşdırmır.
Kabil tərəfindən bildirilib ki, Pakistan sərhədçilərinə hücumu taliblərin geyimində olan naməlum terrorçular həyata keçirib.
Rubrika.Az
Facebook-da paylaş










