Tacikistan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
![]()
Doqquz və on bir yaşlı oğlan uşaqları evtanaziyaya məruz qalan ən gənc pasiyentlər oldular.
Rubrika.az Oxu.Az-a istinaden xəbər verir ki, bu barədə “The Irish Mirror” məlumat yayıb.
Uşaqların kimliyi açıqlanmır, lakin kiçiyinin beyin şişindən, digərinin isə mukovisidozdan əziyyət çəkdikləri məlumdur.
Onlara ölümcül inyeksiya Belçikada edilib: bu ölkədə evtanaziyanın tətbiqində yaş məhdudiyyəti yoxdur.
Əməliyyatdan öncə uşaqların atdıqları addımı nə dərəcədə anladıqlarını müəyyən etmək üçün onlar psixiatr tərəfindən müayinə olunublar.
Nəşrin məlumatına əsasən, uşaqlar evtanaziyaya 2016-2017-ci illərdə məruz qalıblar. Lakin bu barədə yalnız Belçikada evtanaziyanı tənzimləyən xüsusi komissiyanın hesabatından sonra bəlli olub.
Belçikada evtanaziyaya 2002-ci ildən icazə verirlib.
Rubrika.az
Facebook-da paylaş












