Səhiyyə Nazirliyinin keçmiş vəzifəli şəxsi kassasiya şikayətini geri götürüb
![]()
Ali Məhkəmədə Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi"nin Saatlı rayon şöbəsinin keçmiş rəisi Tahir Mehdiyev barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.
Rubrika.Az-ın "Report"a istinadən xəbərinə görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin kassasiya şikayətini geri götürdüyü elan olunub.
Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata əsasən, Azərbaycan Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi"nin Saatlı rayon şöbəsinin ekspertinin qanunsuz hərəkətləri barədə rayon sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.
Lənkərаn Аğır Cinаyətlər Məhkəməsinin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzаçəkmə müddəti 12 fevral 2015-ci ildən hеsаblаnıb. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişib. Qərara əsasən, T.Mehdiyevə CM-nin 311.1-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsinə əsasən 1 il 21 gün cəza təyin edilib. Onun 12 fevral 2015-ci il tarixdən 04 mart 2016-cı il tarixə kimi həbsdə olduğu müddət nəzərə alınmaqla təyin edilmiş cəza çəkilmiş hesab edilib. Daha sonra T.Mehdiyev Ali Məhkəməyə müraciət edib.
Rubrika.Az
Facebook-da paylaş












