Qanunsuz silahlı qruplaşmada iştirak edən azərbaycanlı “İnterpol” xəttilə axtarışa verilib

Rusiya ağır cinayətlərdə ittiham olunan azərbaycanlını beynəlxalq axtarışa verib.
Rubrika.Az-ın “Report”a istinadən məlumatına görə, Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Azər Oqtay oğlu Ömərov qanunsuz silahlı birləşmələrin tərkibində iştirakda təqsirli bilinir.
A.Ömərov Rusiyanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün “İnterpol”a müraciət edilib.
Rubrika.Az
Facebook-da paylaş













